Dünya

Məşhur fransız rejissora bıçaqla ağır xəsarət yetirlib

18 Mart 2021 08:53
Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın Məşhur teatr rejissoru Alen Franson Monpelenin mərkəzində bıçaqlı hücuma məruz qalıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 75 yaşlı rejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxs onun boyun nahiyəsinə, yuxu arteriyaya yaxın hissəyə zərbə endirib.

Polis hadisənin baş verdiyi ərazini mühasirəyə alıb. Ərazidən üzərində qan izləri olan bıçaq tapılıb.

Cinayətkarın kimliyi və hadisənin motivləri müəyyənləşdirilməyib.

Qeyd edək ki, Alen Franson Paris də daxil olmaqla, Fransanın müxtəlif şəhərlər teatrlarına rəhbərlik edib. İki dəfə (1995 və 2010-cu illərdə) ölkənin ən yaxşı teatr rejissoru olaraq "Moliere" milli mükafatına layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.