Dünya

Baltikyanı ölkələrdə elektrik enerjisi üzrə ən yüksək qiymət hələ də Litvadadır

17 Mart 2021 22:15
Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən həftə Litvada elektrik enerjisinin orta topdansatış qiyməti 5 faiz ucuzlaşsa da, bu tarif Latviya və Estoniya ilə müqayisədə yüksək olaraq qalır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Litvanın "Lingrid" elektrik şirkəti yayıb.

Bildirilib ki, Litvada martın 8-14-də 1 meqavat/saat elektrik enerjisinin həftəlik orta qiyməti 46,1 avro olduğu halda, Estoniya və Latviyada bu göstərici 6 faiz azalaraq 43,9 avro təşkil edib.

"Fevral ayının sonundan etibarən Litva və digər Baltikyanı ölkələrdə adətən eyni olan elektrik enerjisi qiymətləri arasında tez-tez fərqlər yaranmağa başladı. Bu tendensiya ötən həftə də müşahidə edildi. Qiymət fərqi Litvanın "NordBalt" üzərindən qoşulduğu İsveçin cənubundakı daha bahalı enerji və ötürmə şəbəkələrindəki müvəqqəti dəyişikliklər səbəbilə Latviyadan enerji idxalının azalması ilə əlaqədardır", - deyə şirkətin Strategiya departamentinin direktoru Lyutauras Varanaviçyus bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.