Dünya

İordaniyada oksigen çatmazlığından ölənlərin sayı artdı

16 Mart 2021 08:48
Baxış: 693
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İordaniyanın Əs-Salt şəhərindəki (Ammandan 29 km məsafədə) xəstəxananın reanimasiya şöbəsinə oksigen verilməsinin kəsilməsi səbəbiylə ölən xəstələrin sayı doqquza çatıb.

Bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Bildirilir ki, həmin şəxslər hamısı koronavirusa yoluxduqdan sonra xəstəxanaya yerləşdirilib.

Şənbə günü altı, bazar günü üç nəfər ölüb.

Dövlət İnformasiya naziri Sakhr Dudin Ammanda təşkil etdiyi mətbuat konfransında deyib ki, səlahiyyətlilər oksigenin niyə kəsildiyini araşdıraraq xəstəxananın baş həkimini və dörd tibb işçisini nəzarətə götürüblər.

Əs-Salt xəstəxanasında xəstələrin ölümü kəskin narazılığa səbəb olub və bu vəziyyəti müzakirə etmək üçün parlament təcili toplanıb.

Səhiyyə naziri Nazir Obeydatın istefasını təsdiqləyən Kral II Abdullah şəxsən xəstəxanaya gələrək ölən xəstələrin yaxınlarına başsağlığı verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.