Dünya

KİV: Zelenski Donbası Rusiyaya verməkdən imtina etdi

16 Avqust 2025 21:41
Baxış: 1 551
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezidenti Volodimir Zelenski sülh müqabilində Donbasın bütün ərazisini Rusiyaya verməkdən imtina edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, ABŞ prezidenti Donald Tramp şənbə günü Vladimir Putinlə görüşündən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında bəyan edib ki, Kiyev Moskva ilə müharibəni başa çatdırmaq üçün razılaşma əldə etməlidir.

Tramp bildirib ki, Rusiya lideri cəbhə xəttinin böyük hissəsini dondurmağı təklif edib, əvəzində isə Ukrayna qüvvələri Donetsk vilayətini verməlidir.

"Zelenski isə bu tələbi rədd edib", - agentlik mənbəyə istinadla yazır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.