Dünya

Məşhur milyarderin zavodunda KÜTLƏVİ YOLUXMA

15 Mart 2021 08:28
Baxış: 664
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-da pandemiyanın qızğın dövründə İlon Mask tərəfindən COVID-19 məhdudiyyətlərinə etiraz əlaməti olaraq fəaliyyəti bərpa olunan "Tesla"nın Frimont dairəsindəki zavodunda 450 nəfərin ölümcül virusa yoluxduğu bildirilir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 10 min nəfərin çalışdığı müəssisədə ötən ilin may-dekabr aylarında yüzlərlə insanın xəstəliyə düçar olması ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olub.

Yoluxanların sayı öncədən gizli saxlanılsa da, "PlainSite" resursunun məhkəməyə müraciətindən sonra "Tesla" rəhbərliyi rəqəmləri açıqlamalı olub.

Qeyd edək ki, "Tesla" şirkəti milyarder İlon Maska məxsusdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.