Dünya

Lex Valensa ürək əməliyyatından öncə vida müraciəti yaydı

15 Mart 2021 08:23
Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polşanın keçmiş prezidenti, Nobel sülh mükafatı laureatı Lex Valensa vida videomürəciəti hazırlayıb və onu "Facebook" səhifəsində paylaşıb.

"Super Express" qəzetinin verdiyi məlumata görə, buna səbəb eks-prezidentin ürək əməliyyatı üçün xəstəxanaya yatırılması olub.

"Mən göylərin hökmünün necə olacağını bilmədən, xalqıma müraciət edirəm. Hər iki sonluğa da hazıram. Nə vaxt görüşəcəyimizi bilmirəm. Ona görə də demək istəyirəm ki, mən xalqıma yaxşı xidmət etmək üçün əlimdən gələni etmişəm", - deyə L.Valensa bildirib.

Qeyd edək ki, 78 yaşlı siyasətçinin ürək xəstəliyi ilə yanaşı, şəkərli diabetdən də əziyyət çəkdiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.