Dünya

Norveç ölkəyə girişlə bağlı məhdudiyyətlərin müddətini aprelin 7-dək uzadır

13 Mart 2021 23:10
Baxış: 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Norveç hökumətinin qərarı ilə ölkəyə girişlə bağlı mövcud məhdudiyyətlərin müddəti aprelin 7-dək uzadılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, krallığın hökumətində məhdudiyyətlərin böyük ehtimalla bu tarixdən sonra da uzadılacağı qeyd edilib.

Ölkənin ədliyyə və fövqəladə hallar naziri Monika Muland Osloda keçirilən mətbuat konfransında deyib: "Ölkəyə giriş üçün ciddi məhdudiyyətlər aprelin 7-dən sonra da qüvvədə olacaq. Lakin biz vəziyyəti izləyəcəyik ki, bu tarixədək bir neçə seçilmiş qrup üçün sərhədlərin açılmasının mümkünlüyünü aşkarlayaq".

Xatırladaq ki, Norveç hökumətinin qərarı ilə yanvarın 29-dan yalnız krallığın ərazisinə gəlməyin vacibliyini sübut edən səbəbləri təqdim edən şəxslərin ölkəyə daxil olmasına icazə verilir. Norveç hökumətinin saytında əcnəbilərin bu ölkəyə daxil olmasına imkan verən səbəblərin və peşələrin siyahısı yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.