Dünya

Səudiyyənin Həcc və Ümrə naziri işdən çıxarıldı

13 Mart 2021 13:24
Baxış: 686
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Məhəmməd Saleh bin Tahir Benten vəzifəsindən azad edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SPA məlumat yayıb.

Qeyd olunub ki, nazirin işdən kənarlaşdırılması barədə Kral Salman İbn Əbdüləziz sərəncam imzalayıb. Onun yerinə dövlət katibi İsam İbn Sad ibn Səid təyin edilib.

Tahir Bentenin vəzifəsindən hansı səbəbdən azad edilməsi barədə məlumat verilməsə də, Həcc və Ümrə Nazirliyinə təyin olunmuş Səidin dövlət katibi vəzifəsini davam etdirəcəyi açıqlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.