Dünya

İranda koronavirusdan ölənlərin sayı 61 mini ötüb

11 Mart 2021 18:34
Baxış: 662
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda ötən sutka ərzində 88 nəfər koronavirusdan (COVID 19) ölüb.

Milli.Az bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 61 016 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 308 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1723470 nəfərə çatıb. Virus daşıyıcılarından 3818 nəfərin vəziyyəti ağırdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.