Dünya

Macarıstan XİN başçısı Gürcüstana səfər edəcək

11 Mart 2021 18:39
Baxış: 500
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto martın 11-12-də Gürcüstanda rəsmi səfərdə olacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, macarıstanlı nazir səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Baş nazirin müavini və xarici işlər naziri David Zalkaliani, eləcə də iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava ilə görüşlər keçirəcək.

Səfər çərçivəsində Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə Macarıstanın İnnovasiya və Texnologiya nazirliyi arasında anlaşma memorandumu imzalanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.