Dünya

Ermənistan UNICEF-in ölkədəki nümayəndəsinin mandatını dayandırdı

9 Mart 2021 13:45
Baxış: 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan hökuməti BMT Uşaq Fondunun (UNICEF) ölkədəki nümayəndəsi Marin Klark-Hattinqin mandatını dayandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan deyib.

Qeyd olunub ki, M.Klark-Hattinqin fəaliyyəti Ermənistan üçün problemli hesab olunub. BMT-nin daimi əlaqələndiricisi və UNICEF nümayəndələri bu qərar barədə məlumatlandırılıb.

M.Klark-Hattinq 2020-ci ilin iyulunda UNICEF-in Ermənistandakı nümayəndəsi təyin olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.