Dünya

Braziliyanın paytaxtında komendant saatı tətbiq edilib

9 Mart 2021 08:50
Baxış: 227

Braziliyanın paytaxtı Brazilia şəhərində koronavirusla əlaqədar komendant saatı tətbiq edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə paytaxtın Federal dairəsinin qubernatoru İbaneys Roşa özünün "Twitter" səhifəsində yazıb.

İ.Roşa bildirib: "Vəziyyət kritikdir. Mən bu gün saat 22:00-da qüvvəyə minəcək komendant saatı elan edirəm. Federal dairəsnin ərazisində olan hər kəs axşam saat 22:00-dan səhər saat 05:00-a qədər evlərində qalmalıdır. <...> Məhdudiyyət martın 22-dək qüvvədə olacaq".

Onun sözlərinə görə, belə məhdudiyyət "xəstəliyin yayılmasına qarşı yeganə mübarizə formasıdır".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.