Dünya

Dalay Lama koronavirusa qarşı peyvənd olunub

6 Mart 2021 20:53
Baxış: 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Dharamsala şəhərində XIV Dalay Lama koronavirusa qarşı peyvənd olunub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dalay Lamanın rəsmi veb-səhifəsində deyilir.

Dalay Lamaya hansı peyvənddən vurulması barədə məlumat verilməyib. Hindistanda iki peyvəndin istifadəsinə icazə verilib - "Covishield" ("Oxford" peyvəndinin Hindistan versiyası) və Hindistanın "Bharat Biotech" şirkətinin hazırladığı "Covaxin" peyvəndləri.

Xatırladaq ki, dünya liderlərindən ilk olaraq İsrailin Baş naziri Benyamin Netanyahu ("Pfizer"), daha sonra isə ABŞ Prezidenti Co Bayden peyvənd olunub. Onların ardınca Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman, Roma Papası Fransis, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Vladimir Zelenski və başqaları vaksinasiyadan keçiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.