Daha yoluxucu və daha təhlükəlidir, vaksin də işə yaramır... - Alimlərdən həyəcan siqnalı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış daha yoluxucu variantı tezliklə Almaniyada da dominant ştamma çevrilə, onun yayılmasını saxlamaq çətinləşə bilər. Bunu martın 5-də Robert Kox İnstitutunun rəhbəri Lotar Vieler deyib.
Milli.Az virtual.org-a istinadən bildirir ki, hazırda B117 variantı Almaniyadakı yoluxmaların 40 faizindən də artığını təşkil edir. Cəmi dörd həftə öncə bu, 6 faizə yaxın idi. "B117-nin tezliklə Almaniyada dominant variant olacağı görünür və o zaman virusu nəzarətdə saxlamaq daha çətin olacaq. Çünki B117 bütün yaş qrupları üçün daha yoluxucu və daha təhlükəlidir",-Lotar Vieler bildirib.
Qeyd edək ki, hazırda koronavirusun üç yeni mutasiyası dünyada yayılmaqdadır. Bunlardan biri Britaniya ştammı, digərləri Braziliya və Afrika ştammları hesab edilir. Braziliya ştammı da daha yoluxucu və ölümcüldür. Bu ölkədə virusdan ölənlərin sayı hələ də yüksək olaraq qalmaqdadır. Ötən gün açıqlanıb ki, Çinin "Sinovac" vaksininin Braziliya ştammına qarşı təsiri praktiki olaraq yoxdur və bu pereparat virusa qarşı antitellər yarada bilmir.
Bu arada virusun dünyanı bürüməsindən bir ildən də çox vaxt keçdiyi bir vaxtda hələ də onun mənşəyini müəyyən edə bilmirlər. Yanvarda beynəlxalq ekspertlər qrupu Çinə səfərə getdi. Buna baxmayaraq, dünya COVID-19-un mənşəyini bilməyə qətiyyən yaxın deyil. Bunu da "Reuters" agentliyi pandemiya üzrə yeni təhqiqat aparmağa çağıran açıq məktub müəlliflərindən birinə istinadla yazır.
"Bir il öncəylə müqayisədə indi heç irəli getməmişik", - Avstraliyadakı Flinders Universitetində vaksinlər üzrə ekspert Nikolay Petrovski deyib. Martın 4-də dərc olunmuş açıq məktubu 26 qlobal ekspert imzalayıb.
Yanvarda Dünya Səhiyyə Təşkilatının (DST) seçdiyi alimlərdən ibarət missiya Çinin mərkəzindəki Vuhan şəhərinə yollandı. Koronavirusun məhz həmin şəhərdə peyda olduğu bildirilir.Amma missiya tənqid olunur, DST Çinin siyasi təsir altında olan ekspedisiya işləri və datasına həddən artıq etibar etməkdə suçlanır.
Missiya üzvləri deyirlər ki, Çin COVID-19-un ilk dəfə aşkarlanandan aylar öncə yayıldığını göstərə biləcək datanı verməyib. Açıq məktubda o da qeyd olunur ki, DST missiyasının COVID-19-un mənşəyi üzrə nəzəriyyələrin hamısını "hərtərəfli və məhdudiyyətsiz araşdırmağa mandatı, müstəqilliyi, gərəkən çıxışı olmayıb".
"Bütün imkanlar masa üstündə qalır və biz hələ onların hamısının kənarda qaldığı yeganə müstəqil elmi araşdırma görməmişik", - Petrovski vurğulayıb.
DST missiyasının Vuhana səfərinin yekun brifinqində missiya rəhbəri Piter Ben Embarek virusun Vuhanda laboratoriyadan sızması ehtimalını istisna etməyə çalışıb.Amma Petrovski deyir ki, həmin ehtimalı çıxdaş etməyin "heç bir mənası yoxdur"."Bizə açıq beyin lazımdır və əgər biz çox həssas hesab olunduğu üçün bəzi cığırları bağlayırıqsa, elm bu cür işləyə bilməz", - o vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
XƏBƏR LENTİ
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
67 yaşlı kişi bıçaqlandı - Şübhəli arvadıdır
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir





