Dünya

Tanınmış aktyor şəhid generalla bağlı paylaşım etdi - FOTO

5 Mart 2021 18:19
Baxış: 1 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin tanınmış aktyoru Anıl Tetik  Bitlisdə helikopter qəzasında şəhid olan general-leytenant Osman Erbaşın əsgərlik dövründə komandiri olduğunu söyləyib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edərək, kədərini bölüşüb.

"Əziz komandirim, Allah sizin və bütün şəhidlərimizin yerini cənnət etsin. Çox təəssüf edirəm",- deyə aktyor şərh edib.  

Qeyd edək ki, dünən Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində 11 nəfər həlak olub, iki nəfər ağır yaralanıb. Şəhid olanlardan biri də Elazığdakı quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaşdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.