Türkiyəni və Azərbaycanı yasa boğan qəza: general Osman Erbaş və daha 10 hərbçi şəhid oldu - YENİLƏNİB - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
23:23
Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
Bu barədə Trend Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, xəstəxanadakı həkimlərin müdaxiləsinə baxmayaraq yaralı əsgərlərdən birini xilas etmək mümkün olmayıb.
Nazirlik həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.
22:27
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus vertolyotun Bitlis bölgəsinin Tatvan rayonunda, dağlıq ərazilərdə qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin sayı 10-a çatıb. 4 hərbi personal yaralıdır. Türkiyənin Müdafiə Nazirliyi özünün Twitter hesabından bu barədə bildirib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, vertolyot Nemrut dağı ətəklərində düşüb. Hadisə barədə xəbər alınan kimi çoxlu sayda təcili tibbi yardım maşınları və təhlükəsizlik qüvvələrinin bölmələri bölgəyə hərəkət edib. Müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi, ordu generalı Yaşar Gülər də vertolyotla bölgəyə yola düşüb.
"Bingöldən Tatvana getmək üçün bu gün saat 13.55-də hava qalxan, Quru Qoşunları Komandanlığına aid "Cougar" tipli vertolyotla əlaqə 14.25-də kəsilib. Bölgədə pilotsuz təyyarələrin, CN-235 nəqliyyat təyyarəsinin və bir vertolyotın da iştirakı ilə axtarış əməliyyatları dərhal başladılıb. Axtarış əməliyyatları nəticəsində vertolyotun qəzaya uğradığı müəyyən edilib. Qəza nəticəsində vertolyotda olan qəhrəman silahdaşlarımızdan 10-nun şəhid olduğu, 3 qəhrəman silahdaşımızın isə yaralandığı müəyyən olunub",-Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Prezident Rəcəb Tayyib Ərdoğan vertolyot qəzası ilə bağlı müdafiə nazirindən məlumat alıb, xalqa başsağlığı mesajı ilə çıxış edib.
Hadisə yerinə ilk çatan yerli sakinlərdən biri olub. Həmin sakin yaralı hərbçilərə ilk yardım göstərib. Şahid deyib: "Vertolyotun düşdüyünü bilmədik, amma səsdən şübhələndik. Motor nasazlığı kimi səs eşitdik. Bir müddət sonra uşaqlar vertolyotun düşdüyünü dedilər. Yuxarıya tərəf getdik. Şəhidlər vardı, 4 yaralı da vardı. Birinin yaxınlığına getdim, başı vertolyotun altında qalmışdı, ağzına qar dolmuşdu. Nəfəs ala bilməsi üçün qarı təmizlədim. Özünə gəldi. "Yaxşıyam" dedi. Dərhal qarı təmizləməyə başladım, əllərim yara oldu, qarı təmizləyib yaralı hərbçini çıxardım. Sonra o biri hərbçiyə tərəf getdim, pencəyimi çıxardım üstünə sərdim..."
Türkiyə KİV-ləri xəbər verir ki, şəhid olanlardan biri 8-ci ordu korpusunun komandanı, general Osman Erbaşdır.
Korpus generalı olan Osman Erbaş Türkiyə ordusunun ən rəşadətli komandanlarından biri hesab edilirdi. Onun tezliklə ordu generalı rütbəsi alacağı gözlənilirdi.
21:59
Türkiyədə Bitlisdəki hərbi helikopter qəzasında daha bir nəfər həyatını itirib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, həkimlərin cəhdlərinə baxmayaraq, qəzada yaralanan 4 hərbçidən birinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəzada şəhid olan hərbçilərin sayı 10-a yüksəlib.
Qeyd edək ki, şəhidlər arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər bir qrup heyətlə hadisə yerinə gediblər.
21:42
Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində Elazığdakı Türkiyə quru qüvvələrinin 8-ci korpus komandiri general Osman Erbaş həlak olub.
Qeyd edək ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində 9 hərbçi ölüb, 4 hərbçi xəsarət alıb.
Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.
20:12
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.
Qəza nəticəsində 9 hərbçi ölüb, 4 hərbçi xəsarət alıb.
Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.
Qəzanın səbəbi barədə hələlik məlumat verilməyib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
XƏBƏR LENTİ
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı





