Dünya

Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb

3 Mart 2021 22:04
Baxış: 331

Myanmada etirazçılar və polislər arasında toqquşmalar baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu brifinq zamanı BMT-nin xüsusi elçisi Kristin Şraner Burqener deyib.

Onun sözlərinə görə, polislər etirazçılara qarşı odlu silahdan istifadə ediblər:

"Bu gün fevralın 1-i baş verən çevrilişindən bəri ən pis gün idi. Toqquşmalar zamanı 38 nəfər ölüb, fevralın 1-dən bəri ümumi ölənlərin sayı 50 nəfəri keçib".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.