Dünya

Təyyarə pişiyə görə geri döndü

1 Mart 2021 10:30
Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sudandan Qətərin paytaxtı Dohaya uçan sərnişin təyyarəsi geri qayıtmaq məcburiyyətində qalıb. Buna səbəb təyyarənin pilot kabinəsində gözlənilmədən pişiyin peyda olması olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Sudanın "As-Sudani" qəzeti ekipaj üzvləri arasındakı mənbəyə istinadən yazıb.

Qəzet bildirib ki, Sudanın "Tarco" aviaşirkətinə məxsus təyyarə paytaxt Xartumdan Qətərə uçub və havaya qalxdıqdan yarım saat sonra pilot kabinəsində qəfildən bir pişik ortaya çıxıb.

Məlumata görə, pişik təyyarənin idarə olunmasına müdaxilə edib və hətta kapitana hücum etməyə çalışıb. Buna görə də pilotlar Xartum hava limanına qayıtmaq qərarına gəliblər.

Nəşrin mənbələri ehtimal edirlər ki, pişik təyyarəyə Dohaya uçmazdan əvvəlki gecə anqarda təmizlik və ya texniki baxış işləri aparılan zaman daxil olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.