Dünya

Rusiyada 3 yük maşını toqquşdu: ölən və yaralananlar var

28 Fevral 2021 10:49
Baxış: 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhəri yaxınlığında üç yük maşınının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

APA Başqırdıstan Dövlət Yol Müfəttişliyinin məlumatına istinadən xəbər verir ki, hadisə İqlinsky rayonunda, Samara-Ufa-Çelyabinsk yolunun 1519-cu kilometrliyində qeydə alınıb.

Qəza nəticəsində "KamAZ"ın sürücüsü aldığı xəsarətdən hadisə yerində ölüb. Digər sürücülər yaralanıb. Qəzada xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib. 

Polis əməkdaşları hadisə yerinə cəlb edilib. Faktın səbəbini araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.