Sarkisyan Paşinyanın qərarını rədd etdi - Qərargah rəisini istefaya göndərmədi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistan Prezidenti Armen Sarkisyan öz konstitusiya səlahiyyətləri çərçivəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi haqqında qərarı Baş nazir Nikol Paşinyana geri qaytarıb.
Bu barədə Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir.
Fərman layihəsi hüquqşünaslar və ekspertlər tərəfindən araşdırılıb və bunun nəticəsində onun Konstitusiyaya zidd olduğu qərara alınıb.
"Bir daha təsdiq edirik ki, Prezident heç bir siyasi gücə tərəf durmur. O, qərarı ancaq dövlət və ümummilli mənafeləri əsas tutaraq qəbul edib. Şübhəsiz, Silahlı Qüvvələr siyasi məsələlərdə bitərəfliyi qoruyub saxlamalıdır", - Prezidentin mətbuat xidmətinin məlumatında deyilir.
Sarkisyanın sözlərinə görə, hərbi əməliyyatlarla əlaqədar Silahlı Qüvvələrin bu gün həmişəkindən daha çox yardım və diqqətə ehtiyacı var. Ordu və şəxsi heyətin problemlərinin həlli prioritetdir və nəzərə alınmaya bilməz.
Prezident qeyd edib ki, yaranmış vəziyyət misilsizdir və sistemli və hərtərəfli qərarlar tələb edir, tez-tez kadr dəyişiklikləri ilə həll oluna bilməz.
Qeyd edək ki, qərar qəbul etmək üçün Armen Sarkisyanın 3 gün vaxtı var idi, müddət bu gün saat 00:00-da başa çatacaqdı.
İndi Baş nazir öz qərarını geri götürməsə və yenidən Prezidentin imzalanmasına göndərərsə, sonuncu sənədin Ermənistan Respublikasının əsas qanununa uyğunluğunu müəyyən etmək üçün Konstitusiya Məhkəməsinə müraciət edə bilər.
Xatırladaq ki, fevralın 25-də Baş Qərargah Baş nazir Nikol Paşinyanın istefasını tələb edib. Buna cavab olaraq Baş nazir Nikol Paşinyan çevriliş cəhdini bəyan edib və Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb və onu Prezidentə göndərib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
On beş milyon azadlıq mərmisi
-
Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
XƏBƏR LENTİ
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
-
Bu xanıma yüksək vəzifə verildi
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
-
Harri Keyn Bundesliqada tarix yazdı
-
Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
Əfsanəvi futbolçu vəfat etdi
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?





