Dünya

İstanbul boğazı donacaq? - FOTO

27 Fevral 2021 08:58
Baxış: 1 011
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyada qlobal istiləşmə səbəbilə iqlim dəyişikliyinin bir çox mənfi hallara gətirib çıxaracağı müzakirə edilir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Türkiyə Dəniz Elmləri və Texnologiyası İnstitutunun professoru Doğan Yaşar əsl təhlükənin istiləşmə deyil, əksinə qlobal buzlaşma olduğunu deyib:

"Buzlaşma quraqlıq deməkdir, qıtlıq deməkdir. Buna görə də havaların soyumasından qorxmalıyıq. 2020-ci illərə qədər qlobal istiləşmə artaraq davam edəcək. Eynən 900-cü illərdəki kimi. Amma 2022, 2023 və ya 2024-cü ildə hava getdikcə soyuyacaq. İstiləşmə ara verəcək. Bu zaman İstanbul boğazı donacaq".

Onun sözlərinə görə, İstanbul boğazından qarşı tərəfə gəzərək keçmək mümkün olacaq.

D.Yaşar belə bir hadisənin sonuncu dəfə 1929-cu ildə baş verdiyini xatırladıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.