Dünya

166 məhbus həbsxanadan qaçmağa cəhd etdi - FOTO

27 Fevral 2021 08:48
Baxış: 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekvadorda Quayas Regional Sosial Reabilitasiya Mərkəzindən (CRS) Hollivud filmlərində olduğu kimi qaçış cəhdi baş tutub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ekvador Milli Polisi CRS-də saxlanılan 166 məhbusun qaçma cəhdinin qarşısı alınıb. Onlardan 152 nəfəri həbsxana şəhərciyi içərisində, 14-ü də həbsxana ərazisi xaricində ələ keçib.

Bundan əlavə, beş odlu silah, beş daraq və çox sayda əldəqayırma sursat, həmçinin cib telefonları müsadirə edilib.

Qaçış cəhdi ölkənin üç böyük şəhərində iki gün davam edən qiyamlardan sonra həyata keçirilib.

Xatırladaq ki, Quayas regionunda Azuay, Cotopaxi və Quayaquil şəhərlərində həbsxanalarda çərşənbə axşamı günü baş verən hadisələrdə 79 məhkum həlak olmuşdu. Bundan başqa, həbsxananın birində 18 nəfərin doğranmış cəsədi tapılmışdı.

Baş verənlərlə əlaqədar istintaqa başlanılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.