Dünya

Bayden Trampın daha bir fərmanını ləğv edib

25 Fevral 2021 08:53
Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın bir sıra kateqoriyadan olan əcnəbi vətəndaşların ölkə ərazisinə girişini məhdudlaşdıran fərmanını ləğv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında deyilir.

"Koronavirusun yayılmasından sonra iqtisadiyyatın bərpası dövründə ABŞ-da əmək bazarı üçün təhlükə yaradan immiqrantların 22 aprel 2022-ci il tarixindən etibarən ölkəyə girişinin dayandırılması ABŞ-ın maraqlarına cavab vermir, əksinə, ABŞ-a zərər vurur. Müvafiq qərar ləğv edilir", - deyə sənədin mətnində qeyd olunub.

Xatırladaq ki, D.Tramp 22 aprel 2020-ci il tarixində koronavirus infeksiyasının yayılmasının mənfi iqtisadi nəticələri səbəbindən bir sıra kateqoriyalar üzrə ölkəyə immiqrasiyanın 60 günlük qadağan edilməsi barədə fərman imzalamışdı. Fərmanın müddəti sonradan bir neçə dəfə uzadılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.