Dünya

Saxta ətirlər xərçəngə yol açır - Professordan xəbərdarlıq - VİDEO

24 Fevral 2021 16:34
Baxış: 959
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saxta ətirlər xərçəngə yol açır - Professordan xəbərdarlıq

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, Türkiyəli professor Oğuz Özyaral bildirib ki, saxta ətirlər ciddi xəstəliklərə yol aça bilər.

Türkiyə mətbuatı xəbər verir ki, saxta ətirlər nəfəs yollarında ciddi problemlər yaradır. O.Özyaral hər kəsi parfum alarkən telefondakı proqramlar sayəsində barkodu yoxlamağı tövsiyə edib.

"Kosmetologiyada bəzi istehsal texnologiyaları istifadə olunmalıdır. Saxta ətirlər nəinki büdcənizə ziyandır, eyni zamanda zəhərlənmələrə səbəb olur, dərini qıcıqlandırır. Kosmetik məqsədlə hazırlanmayan spirt dəridə xərçəng yarada bilər", - həkim qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.