Dünya

Rusiya və Gürcüstanı birləşdirən yol yenidən bağlandı

23 Fevral 2021 19:01
Baxış: 502

Gürcüstan və Rusiyanı bağlayan Yuxarı Lars yolunda hərəkət tam məhdudlaşdırılıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, yolda bütün növ nəqliyyat vasitələrinin və avtomobillərin hərəkəti yasaqlanıb. Bildirilib ki, qadağa müvəqqəti xarakter daşıyır və səbəb əlverişsiz hava şəraiti, qar uçqunu təhlükəsi və yolların buzlamasıdır. Hava şəraiti normallaşandan sonra hərəkət bərpa olunacaq.

Qeyd edək ki, tarixi Dəryal keçidindən keçən yol həmçinin Hərbi Gürcüstan yolu adlanır və Ermənistanla Rusiyanı da birləşdirir.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.