Dünya

“Ermənistan bir subyekt olaraq dünya xəritəsindən silinib” - Xocalı qatili

22 Fevral 2021 10:17
Baxış: 2 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan bir subyekt olaraq dünyanın siyasi xəritəsindən silinib, yalnız fiziki xəritəsində qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Xocalı cəlladlarından biri, ermənilərin "qəhrəman" adlandırdığı Arşavir Qaramyan özünün "Facebook" səhifəsində yazıb.

"Ermənistandakı daxili və xarici proseslərlə bağlı beynəlxalq birliyin susqunluğu və erməni xalqına qarşı qəsdlər Ermənistanın bir subyekt olaraq dünyanın siyasi xəritəsindən silindiyini və yalnız fiziki xəritədə qaldığını göstərir", - deyə erməni canisi yazıb.

"Əsas oyunçuların bir hissəsi siyasi meydanda "plan" hazırladığı bir vaxtda, digər kəsim "A planı" və "B planı"nı həyata keçirməyə hazırlaşır ",- Qaramyan qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.