Dünya

Bayraqdar: “Akıncı” bu qabiliyyətə sahibdir

21 Fevral 2021 11:28
Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Akıncı" PUA-ları hava hücumunu dəf etmək qabiliyyətinə malikdir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu "Baykar Savunma" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, 6 ədəd "Akıncı" PUA Türkiyə ordusunun arsenalına daxil ediləcək:

"Bu PUA-lar 1350 kiloqram ağırlığında yük daşıma qabiliyyətinə malikdir. Bildiyiniz kimi, "Bayraqdar TB2" Aralıq dənizinin şərq hissəsində və Egey dənizində qazma işləri aparan türk gəmilərini qoruyur. Hazırda kəşfiyyat xarakterli vəzifələri icra edirlər. Ancaq ehtiyac yaranarsa, "Akıncı" lazım olan yükləri daşıyaraq dəniz üzərindəki hədəflərə hücum edə bilər".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.