Dünya

Ukrayna əhalisinin sayı il ərzində 300 min nəfər azalıb

19 Fevral 2021 23:06
Baxış: 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna əhalisinin sayı 2020-ci il ərzində 300 min nəfər azalıb: 616.835 nəfər ölüb, cəmi 293.457 nəfər doğulub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu mənfi tendensiya Ukrayna Dövlət Statistika Xidmətinin məlumatında göstərilir.

Məlumatda daha sonra qeyd olunur ki, 2020-ci il ərzində ölkədə ölənlərin sayının 2019-cu illə müqayisədə 1044 nəfər az olmasına baxmayaraq, 2020-ci ilin sonunda (noyabr-dekabr) ölüm halları xeyli artıb.

2020-ci ilin sonunda ölüm hallarının kəskin artımına COVID-19 virusunun ikinci dalğası əhəmiyyətli dərəcədə təsir edib. Həmin dövrdə koronavirusa yoluxmalar pik nöqtəyə çatıb.

Pandemiya müddətində Ukraynada koronavirusdan ölənlərin sayı 24.972 nəfər təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.