Türkiyənin Tunceli şəhərinin Pülümür rayonunda 4,1 bal gücündə zəlzələ olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ saat 13:02 radələrində 9.74 kilometr dərinlikdə baş verib.
Dağıntı və itkilər qeydə alınmayıb.
Milli.Az