Dünya

Paşinyan Gümrüyə buraxılmamaqla hədələndi

17 Fevral 2021 12:44
Baxış: 1 033
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ermənistan baş naziri Nikol Paşinyanın Gümrü şəhərinə səfəri nəzərdə tutulub.

Milli.Az Axar.az-a istinadən bildirir ki, Nikol Paşinyan bu gün Gümrüdə itkin düşən erməni hərbi qulluqçularının ailə üzvləri ilə görüşəcək. Görüşün qapalı keçirilməsi planlaşdırılır.

Lakin bəzi itkinlərin ailə üzvləri Paşinyanı Gümrüyə gəlməməyə çağırıb. Onlar baş naziri şəhərə buraxmamaqla hədələyiblər.

Görüşün insidentsiz baş tutması üçün şəhərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.