Dünya

Konqoda 700 sərnişin daşıyan gəmi batdı

16 Fevral 2021 10:56
Baxış: 1 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Konqo Demokratik Respublikasında gəmi batıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Mai-Ndombe gölündə baş verib.

Gəminin batması nəticəsində 60 nəfər ölüb, yüzlərlə şəxsin axtarışları isə davam edir.

Ölkənin humanitar yardımlar naziri Stiv Mbiyaki bildirib ki, gəmidə 700-dən çox sərnişin olub. 60 nəfərin meyiti tapılıb, 300 nəfər xilas edilib, axtarış işləri davam etdirilir.

Qeyd edilib ki, mövsümi yağışların çox olduğu bu dönəmdə gəmi qəzaları tez-tez baş verir. Səbəb isə gəmilərin köhnə olması və həddindən artıq yük daşımasıdır.

Ölkədə yol infrastrukturu qənaətbəxş olmadığından əhali çay və göllərdən istifadə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.