Dünya

Cənubi Koreyada karantin rejimi yumşaldılır

14 Fevral 2021 20:02
Baxış: 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyada COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi fevralın 15-dən etibarən yumşaldılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə istifadə olunan 5 pilləli sosial məsafə qaydaları tətbiq edilir. Cənubi Koreyanın təbii fəlakətlərə və təhlükəsizliyə qarşı mübarizə üzrə mərkəzi qərargahı sosial məsafə tədbirlərinin paytaxt Seulda və ətrafında 2-ci səviyyəyə, ölkənin digər bölgələrində isə 1.5-ci səviyyəyə endiriləcəyini açıqlayıb. Seulda restoranların, kafelərin, qapalı idman qurğularının iş saatları sutka üzrə 1 saat artırılacaq. Ölkənin digər yaşayış məntəqələrində isə həmin kateqoriyadan olan obyektlərin gündəlik fəaliyyətinə qoyulan vaxt məhdudiyyəti tam aradan qaldırılacaq. Bütün ölkə üzrə kinoteatrların, internet kafelərinin, gözəllik salonlarının da fəaliyyətinə icazə veriləcək.

Karantin rejiminin yumşaldılmasına baxmayaraq 5 nəfərdən çox şəxsin iştirakı ilə toplaşmalara olan qadağa qüvvədə qalacaq.

Qeyd edək ki, ötən sutka ərzində Cənubi Koreyada COVID-19 virusuna 362 yoluxma aşkarlanıb. Ölkədə indiyədək 83 min 199 yoluxma, bu virus səbəbindən 1514 ölüm qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.