İsrail ordusu Qəzzadan çıxmağa başladı – Atəşkəs qüvvəyə mindi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsraillə HƏMAS arasında razılaşdırılmış atəşkəs planının birinci mərhələsi Qəzzada qüvvəyə minib. Razılaşma çərçivəsində İsrail ordusu anklavın bəzi hissələrindən çıxmağa başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə məlumat İsrail Baş nazirinin ofisi tərəfindən təsdiqlənib.
Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumət "Qəzzada müharibənin dayandırılması və bütün israilli məhbusların geri qaytarılması haqqında sazişi" təsdiqləyib.
Razılaşmaya əsasən, İsrail ilk 5 gün ərzində Qəzzaya hər gün 400 yardım maşınının girişinə icazə verəcək, sonrakı mərhələlərdə bu sayın artırılması nəzərdə tutulur.
İsrailin baş naziri Benyamin Netanyahu bunun "İsrail üçün böyük gün" olduğunu bildirib. ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə olunan razılaşma Qətər və Misirin də dəstəyi ilə reallaşıb.
HƏMAS isə bəyan edib ki, İsrailin Qəzzanın müəyyən hissələrindən çıxması və humanitar yardımın daxil olması razılaşmanın əsas şərtləridir. Hərəkat Trampı İsrailin razılaşmaya tam əməl etməsinə nəzarət etməyə çağırıb.
Trampın təqdim etdiyi 20 maddəlik sülh planının ilk hissəsi olan bu mərhələ Qəzzada müvəqqəti atəşkəs və girovların azad edilməsini nəzərdə tutur. Sonrakı mərhələlərdə Qəzzanın idarəetməsi və HƏMAS-ın silahsızlaşdırılması məsələləri müzakirə olunacaq.
Fidan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Mən qoca deyiləm"
-
Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb - (Yenilənib)
-
5 il hərbi təhsil alanlara aid yenilik - Qanun dəyişir
-
Türkiyədə mədəndə partlayış: 2 ölü, 5 yaralı var - (Video)
-
Ali təhsilli zabitlərin hərbi rütbədə olma müddəti azaldılacaq
-
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib
-
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib
-
General Arif Heydərova həsr olunan sənədli film nümayiş edildi - (Video)
-
Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
-
ATU əməkdaşının tədqiqatı Londonda təqdim olunub - (Foto)
-
“Yüksək gəlir hələ başlanğıcdır - TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan!”
-
Bakıda yeni metro stansiyası nə vaxt açılacaq? - Tarix açıqlandı
-
5 bürc üçün yeni mərhələ başlayır: Həyatlarında nələr dəyişəcək?
-
Hafiz İsmayılbəylinin vəzifəsi 7 illik artırıldı - Dosye
-
Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”
-
Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixini öyrənənlər üçün dəyərli əsər
-
“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir
-
Reza Deqati Parisdə yaralandı
-
Vahid Mirzəyev yüksək vəzifəyə təyin edildi
-
Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
-
Yaxın günlərdə "İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunacaq
-
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - (Foto-Video)
-
Milyonlarla insana şad xəbər - Pensiya və müavinətlər...





