Dünya

Bayden Trampın bəraət almasına münasibət bildirdi

14 Fevral 2021 09:23
Baxış: 952
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın üsyana təhrik ittihamı ilə Senat tərəfindən bəraət almasının "şübhə" doğurmadığını bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Ev tərəfindən yayılan Baydenin yazılı açıqlamasında qeyd olunub.

Şənbə günü ABŞ Konqresinin yuxarı palatası keçmiş dövlət başçısına impiçment vermək üçün lazımi səslərin üçdə ikisini (100 senatordan ən azı 67) ala bilməyib.

Açıqlamada qeyd olunur ki, yekun səsvermə mühakimə olunmasa da, ittihamların mahiyyəti mübahisədən kənardır.

Bayden bir daha Kapitoliyadakı hücumu ABŞ tarixindəki "kədərli bir səhifə" olduğunu söyləyib. O, "Amerikada şiddət və ekstremizmə yer olmamalı" olduğunu xatırladıb.

Bundan əlavə, ABŞ prezidenti Trampın impiçmentinə səs verən 57 senatordan yeddisinin onunla eyni partiyada təmsil olduğunu da xüsusi vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.