Dünya

Britaniya iqtisadiyyatı 1945-ci ildən bəri rekord səviyyədə azalıb

12 Fevral 2021 18:48
Baxış: 768
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

COVID-19 pandemiyasından güclü zərbə alan Böyük Britaniya iqtisadiyyatı 2020-ci ərzində müasir hesablamaların aparıldığı dövrdən (1945-ci ildən) bəri rekord 9,9% səviyyəsində azalıb. İngiltərə Bankının ("Bank of England") malik olduğu bəzi tarixi məlumatlara və göstəricilərə əsasən, sözügedən azalma 1709-cu ildən bəri ən kəskin tənəzzüldür.

Milli.Az APA-ya istinadən bildirir ki, ölkə iqtisadiyyatı oktyabr-dekabr ayları ərzində 1%, təkcə dekabrda isə 1,2% artmağa müvəffəq olub. Nəticədə, iqtisadçılar gümana gəliblər ki, 2021-ci ilin I rübündə Böyük Britaniyada ÜDM artacaq və ölkə tənəzzüldən yayına biləcək. Qeyd edək ki, Avropada tənəzzül kimi adətən iqtisadiyyatın ardıcıl olaraq iki rüb azalması qəbul olunur.

Lakin qənaətbəxş proqnozlara baxmayaraq, İngiltərə Bankının gözləntilərinə görə, Böyük Britaniya iqtisadiyyatı "Brexit"in gətirdiyi yeni məhdudiyyətlər və yeni karantin səbəbindən cari ilin I rübündə 4% azalacaq. Uzunmüddətli proqnozlara gəldikdə, bank ölkə iqtisadiyyatının yalnız 2022-ci ilin əvvəlində bərpa ola biləcəyini hesab edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.