10 milyona yaxın amerikalıya peyvəndin ikinci dozası vurulub.
Milli.Az Real TV-yə istinadən bildirir ki, ABŞ-da keçən həftə 825 min yeni koronavirusa yoluxma hadisəsi aşkar edilib.
Bu, əvvəlki göstəricilərə nisbətən yoluxmalarda 25 faiz azalma olduğunu göstərir.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) peyvəndlə əlaqəli məlumatlarına baxdığımızda, ABŞ-da təxminən 33 milyon insan, başqa sözlə əhalinin 10 faizinə bu günə qədər peyvəndin ilk dozası vurulub.
Bundan başqa, 9 milyon 800 mindən çox insana peyvəndin ikinci dozası tətbiq edilib.
Milli.Az