Dünya

Hans Klyuge: koronavirus mutasiyaları yeni pandemiyaya səbəb olmayacaq

12 Fevral 2021 20:09
Baxış: 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun mutasiya olunmuş variantlarının yayılması pandemiyanın yeni dalğasına səbəb olmayacaq. Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klyuge "El Pais" qəzetinə verdiyi müsahibəsində bildirib.

"Yeni variantlar - virusun hələ də bizə təsir etdiyi barədə qəddar xatırlatmadır. Lakin bu yeni bir virus deyil, bu, öz sahibinə, insana uyğunlaşmağa çalışan istənilən patogenin normal təkamülüdür. Bu yeni bir pandemiyanın başlanğıcı deyil, lakin, buna baxmayaraq, biz, əlbəttə ki, çox ayıq olmalıyıq", - deyə Hans Klyuge vurğulayıb.

Onun fikrincə, ayıqlıq vacibdir, çünki yeni ştammlar təkrar yoluxmaya və infeksiyanın daha sürətli yayılmasına səbəb ola bilər ki, bu da bəzi ölkələrin səhiyyə sistemlərinin pandemiyanın öhdəsindən gəlmək imkanını çətinləşdirəcək.

"Nəhayət onlar (yeni ştammlar) vaksinlərin effektivliyinə təsir edə bilər. Biz bunu adi qripin timsalında gördük, bir qədər fərqli vaksin tələb edən variantlar peyda ola bilər", - deyə ÜST nümayəndəsi izah edib.

"Biz dürüst olmalıyıq: 2021-ci il daha bir COVID-19 ili, lakin daha idarəolunan, daha proqnozlaşdırıla bilən il olacaq", - deyə o qeyd edib. "2020-ci il bizim üçün gözlənilməz oldu, biz məlum olmayan, siyasi cəhətdən qaranlıq və elmi nöqteyi-nəzərdən bilinməyən bir hadisə ilə rastlaşdıq. İndi vaksinlər də daxil olmaqla bəzi müsbət elementlərimiz var. Pandemiyalar heç vaxt əbədi davam etmir, onlar gəlir və gedir", - deyə Hans Klyuge vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.