Dünya

İran öz peyvəndini təqdim etdi - “Razi Cov Pars”

10 Fevral 2021 21:10
Baxış: 665
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran səlahiyyətliləri koronavirusa qarşı "Razi Cov Pars" adlı peyvənd layihəsini təqdim ediblər. Dərmanın klinik sınaqları yaxın günlərdə başlamalıdır.

Milli.Az bildirir ki, bu barədə İran Milli Peyvənd Komitəsinin üzvü Məsud Süleymani xəbər verib.

Onun sözlərinə görə, vaksin "Razi" Peyvənd və Serum Araşdırma İnstitutunda hazırlanıb. Klinik sınaqların birinci mərhələsinin əvvəlində 18-55 yaş arası 13 könüllü peyvənd olunacaq.

Qeyd edək ki, ümumilikdə İranda koronavirusa 1.4 milyondan artıq insan yoluxub, 58 mindən çox şəxs ölüb. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.