Dünya

Avropanın ən yaşlı sakini COVID-19-dan sağaldı

9 Fevral 2021 11:18
Baxış: 3 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa və Avropanın ən yaşlı sakini Lusil Randon 117 yaşı ərəfəsində koronavirusa yoluxub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, COVID-19 onda yanvarın 16-da aşkarlanıb. Randonun xəstəliyi asemptomatik olub.

Onun özünütəcrid mərhələsini nisbətən ağır şəkildə yalnız keçirdiyi qeyd edilir.

Qocalar evinin nümayəndəsinin dediyinə görə, o "xəstəlikdən qorxduğunu" göstərməyib, ancaq "digərləri üçün çox narahatlıq keçirib".

Lusil Randon 11 fevral 1904-cü ildə anadan olub. Gənclik illərində o xəstəxanada işləyib. Sonradan rahibə olub və Andre bacı adını alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.