Dünya

Məşhur aktyor vəfat edib

7 Fevral 2021 10:59
Baxış: 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadalı aktyor Kristofer Plammer vəfat edib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun qohumları məlumat yayıb.

91 yaşlı Kristofer Plammer Amerikanın Konnektikut ştatındakı evində ailə üzvlərinin əhatəsində dünyasını dəyişib.

Qeyd edək ki, aktyor "Dünyanın bütün pulları", "Musiqi səsləri", "Ağıl oyunları", "Kral olmaq istəyən adam", "12 meymun", "Əjdaha döyməli qız" kimi filmlərdəki obrazları ilə məşhurlaşıb. K.Plammer "Oskar", "Qızıl Qlobus", "Emmi" və digər mükafatların laureatı olub. 70 illik karyerası ərzində o, 200-dən çox film və serialda rol alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.