Dünya

Co Baydenin fikrincə, Tramp artıq kəşfiyyat məlumatları ala bilməz

6 Fevral 2021 18:58
Baxış: 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın hazırkı prezidenti Co Bayden keçmiş həmkarı Doald Trampın bundan sonra kəşfiyyatdan gələn informasiyaları almaq ixtiyarı olmadığını söyləyib.

Milli.Az musavta.com-a istinadən xəbər verir ki, bu barədə o, "CBS" kanalına verdiyi müsahibəsində söyləyib.

Ağ Evin indiki rəhbəri dövlətin ali baş komandanı olaraq bununla bağlı hər hansı informasiyanın başqalarına ötürülməsi məsələsini özünün həll edəcəyini bildirib.

Co Bayden bununla bağlı olaraq Donald Tramp kəşfiyyat üzrə brifinqlərə buraxılıb buraxılmayacağı barədə suala da aydınlıq gətirib.

"Hesab edirəm ki, yox", - mövqeyini qəti şəkildə bildirib.

"Nə üçün yox?" - aparıcı Nora O`Donell sualında israr edib.

"Özünü pis aparır və xaotik davranışlarına görə. Lakin bunun qiyam hadisəsinə (Tramp tərəfdarlarının bu ilin yanvar 6-da Konqres binasına hücumu nəzərdə tutulur-red.) dəxli yoxdur",-deyə ABŞ dövlət başçısı cavab verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.