Dünya

ABŞ xaricdən qaçqınların qəbulu üzrə kvotanı artıracaq

5 Fevral 2021 09:55
Baxış: 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın yeni administrasiyası xaricdən qaçqın qəbulu üçün kvotanı artırmaq və bu il 125 min nəfərə çatdırmaq niyyətindədir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu prezident Co Bayden ABŞ Dövlət Departamentində ölkənin xarici siyasətinin əsas istiqamətləri ilə bağlı etdiyi çıxışında açıqlayıb.

"Bu gün misilsiz qlobal ehtiyacların ödənilməsinə kömək məqsədilə qaçqınların qəbuluna dair proqramın yenidən bərpası ilə bağlı ağır işlərə başlanılması üçün fərman imzalayacam. Ciddi ziyan vurulmuş bu işi bərpa etmək üçün vaxt lazımdır. Ancaq bu, etməyi düşündüyümüz bir işdir. Fərman ABŞ administrasiyasının birinci tam maliyyə ilində (oktyabrın 1-dən başlayacaq - Red.) 125 min nəfər qaçqının qəbulu ilə bağlı kvotanı bərpa etməyə imkan verəcək", - deyə amerikalı lider bildirib.

Qeyd edək ki, keçmiş prezident Donald Trampın rəhbərliyi dövründə qaçqınların qəbulu kvotası 2016-cı maliyyə ili üzrə 85 mindən 2021-ci maliyyə ili üzrə 15 minədək endirilmişdi ki, bu da 1980-ci ildə qaçqınlarla bağlı qanunun qəbul edilməsindən bəri ən aşağı göstəricidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.