Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev 7 aprelə qədər həbsdə saxlanılacaq.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" Bişkekin Pervomayskiy Rayon Məhkəməsinin ofisinə istinadən məlumat verib.
"Məhkəmə Almazbek Atambayevin həbs müddətini 7 aprelə qədər uzadıb",- deyə açıqlamada vurğulanıb.
Qeyd edək ki, Almazbek Atambayev kriminal avtoritet Aziz Batukayevin azadlığa buraxılmasında korrupsiya əməllərində ittiham edilərək 11 il 2 ay həbs cəzasına məhkum edilmişdi. Lakin daha sonra ölkənin Ali Məhkəməsi aşağı instansiyanın qərarını ləğv edərək işə yenidən baxılması üçün yeni məhkəməyə yönləndirib. Atambayev, həmçinin 2019-cu ilin avqustunda həbsi zamanı baş verən iğtişaşlarla bağlı bir sıra ağır maddələrlə də ittiham olunur.
Milli.Az
 PUL
PUL 
                
                            .png) 
                        .jpg) 
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        




 
        
                 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
.png) 
                     
                     
                     
                    .jpg) 
                     
                    .png) 
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .png) 
                         
                        