Dünya

Çində internet istifadəçilərinin sayı 1 milyarda çatır

5 Fevral 2021 19:51
Baxış: 952
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Çində internet istifadəçilərinin sayı ötən ilin mart ayından bəri 85,4 milyon nəfər artaraq 989 milyona çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə internetin əlçatanlılığının səviyyəsi də mart ayından sonra 5,9 faiz çoxalaraq 70,4 faizə yüksəlib.

Bildirilir ki, mobil telefonlar vasitəsilə internetə çıxış əldə edənlərin sayı ümumi internet istifadəçilərinin 99,7 faizini təşkil edir. Ümumi internet istifadəçilərinin 300 milyonu kəndlərdə yaşayanlardır.

Qeyd edək ki, Çin internet istifadəçilərinin sayına görə dünyada birincidir. Növbəti yerlərdə Hindistan və ABŞ qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.