Dünya

Avstraliyada meşə yanğınları - Yüzlərlə insan evakuasiya edildi

3 Fevral 2021 13:08
Baxış: 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstraliyanın qərbindəki meşə yanğınları səbəbindən yüzlərlə insan təxliyə edilib, 70-dən çox ev dağılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Pert şəhərinin ətrafında başlayan yanğın radiusu 100 kilometr olan bir ərazini əhatə edir. Yanğın sahəsinin isə 10 min hektar olduğu bildirilib.

Təxminən 300 yanğınsöndürən yanğınla mübarizə aparır, əraziyə həmçinin yanğınsöndürən təyyarələr cəlb edilib.

1300-dən çox şirkət və ev yanğın səbəbindən elektrik enerjisiz qalıb.

Sinoptiklər bölgədə güclü küləklərin davam edəcəyini, bunun da öz növbəsində yanğınların söndürülməsini çətinləşdirəcəyini proqnozlaşdırırlar. Polis yanğının mümkün səbəbləri ilə əlaqədar istintaq başladıb. İlkin məlumatlara görə, yanğınların cinayət xarakterli olduğu hələ müəyyən edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.