Dünya

Suriyada həbsdə olan İŞİD üzvləri həbsxanada qiyam qaldırıblar

31 Yanvar 2021 11:49
Baxış: 1 221
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İŞİD terror qruplaşmasının həbsdə olan üzvləri Suriyanın Haseke vilayətinin cənubunda Kürd silahlı birləşmələrinin nəzarətində olan "Əl-Bulqari" həbsxanasında qiyam  qaldırıblar.

APA xəbər verir ki, bu barədə Beyrutdan yayımlanan "Al Mayadeen" telekanalı məlumat yayıb.

Bildirilib ki, qaçmağı planlaşdıran məhbuslar mühafizəçilərin diqqətini yayındırmaq üçün həbsxana girişini yandırıblar.

Yaxınlıqdakı Əş-Şəddadi şəhərindən gələn Kürd Demokratik Suriya Qüvvələrinin xüsusi təyinatlıları cəzaçəkmə müəssisəsinin ərazisini mühasirəyə alaraq, təxminən 70 nəfər məhbusun qaçışının qarşısını alıb. 

Telekanalın məlumatına görə, sözügedən həbsxanada 5000-dən çox terrorçu saxlanılır. Onların əksəriyyəti keçmiş muzdlulardı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.