Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 676 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 257 632, ölənlərin sayı isə 3 159 nəfərə çatıb.
Virusa yoluxanlardan 248 537 nəfərin sağaldığı bildirilir.
Milli.Az