Gürcüstanda koronavirusdan daha 11 nəfər öldü

30 Yanvar 2021 14:06

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 676 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  257 632, ölənlərin sayı isə 3 159 nəfərə çatıb.

Virusa yoluxanlardan 248 537 nəfərin sağaldığı bildirilir.

Milli.Az