Dünya

Terror planlaşdıran qadın havada vuruldu - FOTO

28 Yanvar 2021 10:45
Baxış: 1 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə ordusu PKK ilə mübarizə çərçivəsində Şimali İraqın Haftanin vadisində qadın terrorçunu zərərsizləşdirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu, Pəncə Qaplan Hərəkatı çərçivəsində mümkün olub. Belə ki, bomba yüklü hava nəqliyyat vasitəsi ilə hərəkət edən qadın terrorçu havada məhv edilib. Məlum olub ki, onun hərəkətdə olduğu mühərrikli paraplan Hantur ətəklərinə düşüb.

Xain hücum planlaşdıran qadının özü ilə 150 kiloqram ağırlığında bomba yükü götürdüyü müəyyənləşdirilib.

Araşdırmalarla qadının 2015-ci ildə terror təşkilatına qoşulduğu üzə çıxıb. O, terror təşkilatının qadın qollarında hava hücumları ilə bağlı təlimlərə qatılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.