Türklər koronavirusu 1 dəqiqədə öldürən sprey yaratdılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetinin Mikrobiologiya kafedrasının əməkdaşları koronavirusu bir dəqiqədə öldürə bilən burun spreyi yaradıblar.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Daily Sabah" nəşri məlumat verib.
Virusu tamamilə öldürən "Genoxyn" spreyi professor Şehime Gülsün Təməl , Dr. Əhməd Yumit Sabancı və Güneyit Özakin tərəfindən hazırlanıb.
Sabancı araşdırmaların koronavirus pandemiyasından əvvəl başladığını bildirib: "Biz dərmanın antibakterial fəaliyyətə malik olduğunu göstərdik və pandemiya baş verdikdən sonra "COVID-19" ilə mübarizəyə töhfə verəcəyimizi düşündük. Araşdırmamız spreyin ağız və burun toxumalarında virusu öldürdüyünü, yayılmasının qarşısını aldığını və sayını azaltdığını göstərdi".
Təməl qeyd edib ki, sprey selikli qişadakı epiteliya hüceyrələrinə zərər vermədən koronavirusu bir dəqiqə ərzində məhv edir: "Üstəlik, spreyin hüceyrələrdə müalicəvi təsirinin olduğunu gördük. Buna görə də təhlükəsiz istifadə edilə bilər".
Alimlər dərmanın nanotexnologiya ilə yaxşılaşdırılmasından sonra təsirinin daha stabil olduğunu və müəyyən molekullara uzunmüddətli təsir göstərə bildiyini qeyd ediblər. Spreyin yalnız "COVID-19"a qarşı deyil, həm də müxtəlif bakteriya və göbələklərə qarşı yüksək effektivlik göstərdiyi bildirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz





